SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan tərəfi Qarabağda 2-5 aprel tarixlərində aqressiyaya əl atması nəticəsində Ordumuz tərəfindən aldığı zərbələr nəticəsində itkilərini açıqlayıb.
 
BAKU.WS-in Erməni KİV-nə istinadən verdiyi məlumata görə, düşmən ölkənin müdafiə nazirliyi Ordumuzun cavab tədbirləri nəticəsində 92 nəfər itirdiyini etiraf edib. Ölənlərdən 15 nəfəri zabit, 15 nəfər müqavilə əsasında xidmət edənlər, 34 nəfər müddətdən artıq xidmət edən əsgərlər, 11 milis nəfəri, 2 nəfər ehtiyatda olan hərbçilərdir. Dinc sakinlər arasında da ölənlər var. 1 nəfər Ermənistan ordusunun kapitanı, Arqişti Qaboyan isə itkin düşüb.
 
Qeyd edək ki, Ermənistan tərəfi öz itkiləri barədə rəsmi səviyyədə ən müxtəlif rəqəmlər açıqlayıb. Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Avanesyan əvvəlcə 32, sonra 45, ardınca 63, daha sonra 78 itkilərinin olduğunu bildirsə də son açıqlanan rəqəm 92 olub. Yaralıların sayının çox olduğunu nəzərə alsaq ermənilərin itkilərinin hələ çox artacağı gözləniləndir.