VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay fəsli olmasına baxmayaraq, bu kənddə qarlı hava müşahidə olunur. Kəndin hər tərəfi ağ örpəyə bürünüb. Görüntülər Qubanın Xınalıq kəndindəndir.

Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Xınalıq kəndində bir gün öncə başlayan yağıntı bü gün səhər saatlarından avqust ayı üçün xarakterik olmayan qarla müşahidə olunub. Qarın yağması ilə əlaqədar temperatur 2-3 dərəcəyədək aşağı düşüb. Kəndin yaşlı sakinləri bildirir ki, birinci dəfədir ki, avqust ayında kəndə qar yağdığının şahidi olurlar.

Xınalıq kəndi dağlıq ərazidə yerləşdiyindən burada qış çox sərt keçir. Hər il qışı daha tez qarşılayan Xınalıq sakinləri tədarüklərini hələ yay aylarında görürlər. Lakin bu günlərdə qarın yağması onların bəzi işlərini çətinliyə salıb.

Yağan qar Quba-Xınalıq avtomobil yolunda sürücülər üçün də çətinlik yaradıb. Yollarda baş verən torpaq uçqunu səbəbindən avtomobillərin hərəkətində fasilələr yaranıb. Xınalığa getmək isətəyən bəzi sürücülər yolun təhlükəli olduğunu görərək geri qayıtmalı olublar. Əraziyə texnikalar və canlı qüvvə cəlb olunub.

Bununla belə, zərurət olmadığı halda sürücülərdən bu istiqamətdə hərəkət etmələri tövsiyyə olunmur.

Qar böyüklərin işini çətinliyə salsa da, uşaqların ürəyincə olub. Axı qartopu oynamaq onlar üçün həmişə maraqlı olur.

Hazırda dağlıq ərazilərdə sulu qar və qar yağışı davam edir.

BAKU.WS
VİDEO