SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gündüz mülayim cənub-şərq  küləyi əsəcək. 

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.  

Sentyabrın 30-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti,  dağlarda gecə 5-10° isti, gündüz  12-17° isti təşkil edəcək.
BAKU.WS