SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın sonunda Günəşdə geomaqnit qasırğası olacaq.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, təbiət hadisəsi sentyabrın 27-də başlayacaq 28-də sona çatacaq.

Belə ki, həmin müddətdə G2 səviyyəsində orta qasırğanın baş verəcəyi gözlənilir.

Bu ilin ikinci ən güclü qasırğası isə avqustun 31-də olub.

G2 sinfinə aid həmin geomaqnit qasırğası hələ də davam edir.

Xatırladaq ki, bundan əvvəlki qasırğa may ayında baş verib və G3 səviyyəsində olub.

Qeyd edək ki, bu hadisə xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hallar meydana gətirə bilər.

Belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmamaq lazımdır, çoxlu təmiz su içmək faydalıdır.

Eyni zamanda kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.
BAKU.WS