SİZİN REKLAM BURADA!
055 213 76 73


Respublikanın əksər bölgələrində aprel ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması ilə müqayisədə əsasən 3-4º yüksək olması ilə səciyyələnib.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 17,3º, Naxçıvanda 16,7º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 19-20º, Şəki-Zaqatalada 15-18º, Lənkəran-Astarada 17-19º, Gədəbəydə 12º, Quba və Dağlıq Şirvan bölgəsində 15-16º, Gəncədə və Goranboyda 18-20º, Ceyrançöldə və Tovuzda 17º qeydə alınıb.

Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə 5º, Qubada, Lənkəranda, Ceyrançöldə və Acınohurda 9º, Cəfərxanda, Şamaxıda, Gəncədə, Tovuzda və Şəki-Zaqatala bölgəsində 10º, Zəngilanda, Maştağada, Bərdədə, Zərdabda 11º təşkil edib.

BAKU.WS