SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq.

Ayın 27-si gecə də paytaxtda şaxta olacaq. Havanın temperaturu -1 dərəcə təşkil edəcək.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

BAKU.WS