SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.

“Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

BAKU.WS