SİZİN REKLAM BURADA!
055 213 76 73


Martın 12-si saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində qarlı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əksər rayonlarda və Abşeron yarımadasında qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qərb küləyinin sürəti Neftçalada 32, Salyanda 22, Naftalanda 20, Tərtərdə 18, Sumqayıt, Qum adasında 21, Neft daşlarında 20, Bakı, Binə və Çilov adasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.5 metrə çatıb.

BAKU.WS