SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq.

Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq.

Bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir.

“Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.

BAKU.WS