SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, son sutka ərzində 11 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb. Sentyabrın 29-da distant təhsilə keçən sinif və məktəb olmayıb. 

İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

BAKU.WS