SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı gənc Cahad Hacıyev gənclərimizin maariflənməsinə dəstək olmaq məqsədi ilə unikal bir proqram hazırlayıb.

“İtest” adlanan proqram qəbul imtahanlarına hazırlaşan gənclərə evdə oturaraq test imtahanlarından ödənişsiz keçmək imkanı yaradır. Bunun üçün mobil telefonlarına “google play” və ya “apple store”dan tamamilə ödənişsiz "İtest” proqramını yükləmək kifayətdir.

On minlərlə test sualı yerləşdirilən proqramda bütün ixtisas qrupları və fənlər üzrə testlər mövcuddur. Koronavirusla mübarizəylə bağlı Cahad Hacıyev həmvətənlərinə proqramdan istifadəni tamamilə ödənişsiz edib.

Belə ki hazırda insanlara evdən çıxmamaq tövsiyə edilir. Bu müddət ərzində gənclər telefonuna “İtest” proqramını yükləməklə ödənişsiz test imtahanlarını verib qəbul imtahanlarına hazırlaşacaqlar.

BAKU.WS saytına açıqlamasında Cahad Hacıyev bu sözləri deyib:

"Mən tələbə olarkən bir çox gənclərin universitet hazırlığına, sınaq və test imtahanlarında iştirakla bağlı maddi sıxıntı çəkdiklərini müşahidə edirdim. O zamanlardan düşünürdüm ki, mütləq etdiyim layihələr maarifləndirmə yönümlü olsun, ölkənin gənclərini maarifləndirmək üçün bir şeylər edim.

Bu çətin dövrdə, baxmayaraq ki, bu layihəyə kifayət qədər vəsait sərf etmişəm, mən bunu Azərbaycan gənclərinə kömək məqsədilə paylaşıram. İstəyirəm ki, gənclərimiz ali təhsil ocaqlarına daha rahat hazırlaşsınlar.

Qeyd edək ki, Cahad Hacıyev 1990-cı ildə Bakı şəhərində anadan olub. O, “Bakı Oksford məktəbi”ni bitirdikdən sonra Türkiyədəki “Bahçeşehir” universitetində “Beynəlxalq münasibətlər” üzrə bakalavr, daha sonra “Siyasi psixologiya” üzrə magistr dərəcəsinə yüksəlib. Hal-hazırda Azerbaijan Global Trading şirkətində çalışır.

Eləcə də o, xalq artisti Briliant Dadaşova və Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin yeganə oğludur.

İTEST proqramını yükləmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
https://apps.apple.com/gb/app/itest-az/id1501840280
https://play.google.com/store/apps/details?id=com.droid.itest

BAKU.WS
VİDEO