SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim ediblər.

Universitetdən BAKU.WS-ə bildiriblər ki, BDU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan tədbirdə rektor Elçin Babayev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, qazanılan uğurlar barədə məlumat verib.

Qonaqlar BDU-nun 100 illik yubileyi ərəfəsində universitetə dəvətə görə təşəkkürlərini bildiriblər.

Sonra müğənni Röya Ayxan bəstəkar Nailə Mirməmmədlinin bəstələdiyi mahnıları ifa edib.

Aysel
BAKU.WS
VİDEO