VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb.

BAKU.WS
Xəzər TV-yə istinadən xəbər verir ki, layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-ci sinif şagirdi cəlb edilib.

STEAM şagirdlərə 5 sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.

Ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.

Şagirdlər robotları idarə edirlər.

3D printer vasitəsilə özlərinə lazım olan maket və ləvazimatları hazırlayırlar.

Görüntülər STEAM layihəsinin tətbiq olunduğu təhsil müəssisələrinin birindəndir..

Layihə rəhbəri İqrar Nəzərovun sözlərinə görə, layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilib.

STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim 2-14 sentyabr tarixlərində peşəkar heyətin keçirdiyi təlimlərə qatılıblar.

Xüsusi metoda əsaslanan STEAM şagirdlərə 5 sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.

Ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.

Bu yanaşma sagirdlərə mühəndislik səriştələri aşılayaraq, bu qabiliyyətlərin real həyatda problemlərin həlli zamanı tətbiqini öyrədir.

STEAM təhsil metodu dünyanın əksər ölkələrində tətbiq edilir. Gələcəkdə layihənin genişləndirilməsi nəzərdə tutulur.
BAKU.WS
VİDEO