SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 

BAKU.WS xəbər verir ki, hazırda bir neçə məktəbdə təmir-tikinti işləri aparılır, mövcud binlalar və köhnə korpusların  yenilənməsi, eyni zamanda əlavə korpusların tikintisi həyata keçirilir.

Təmir işləri aparılan orta məktəblərdən 39 və 101 saylı təhsil ocaqlarına baş çəkdik. Məktəblərdə aparılan təmir işlərini yaxından müşahidə etdik. 39 nömrəli məktbdə təmir işləri yekunlaşmış olsa da, 101 saylıda son tamamlanma işləri davam etdirilirdi. 

39 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra ümilikdə 49 otaq olmaqla, 28 sinif otağında 980 şagirdin təhsil alması mümkün olacaq. 
101 nömrəli məktəbdə isə 1000-ə yaxın şagirdin təhsil alması iki korpus olmaqla, 35 sinif otağı şagirdlərin ixtiyarına veriləcək.

Orxan Hüseyn
BAKU.WS
VİDEO

QALEREYA