SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub.

BAKU.WS
xəbər verir ki, paytaxtda iki orta məktəbin 11A və 11B siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.

Belə ki, 13 nömrəli tam orta məktəbin 11A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.

Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11B sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.

Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.

Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib.
BAKU.WS