SİZİN REKLAM BURADA!
055 213 76 73


"Son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir".

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 2013-cü ildə birinci siniflərə 138 min qəbul olmuşdusa, bu il göstəricinin 165 mindən çox olması gözlənilir.

Nazir əlavə edib ki, ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir:

"2013-cü illə müqayisədə şagirdlərin sayı 240 mindən çox artaraq 1 milyon 600 mini ötüb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.6-ya yüksəlib".
BAKU.WS