SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 5-də “Mən “SABAH”ın məzunuyam” mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Əvvəlcə Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov və iştirakçılar “Mən “SABAH”ın məzunuyam” adlı sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək bildirib ki, “SABAH” layihəsinin əsas şüarı – savadlı, bacarıqlı və hazırlıqlı – Azərbaycan tələbələrinin qarşısına qoyulan məqsədi ifadə edir. “SABAH” layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış təhsil modelidir. Son illərdə aparılmış çoxşaxəli təhsil islahatlarını diqqətə çatdıran nazir C.Bayramov ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, “SABAH” qrupları da bu islahatlar arasında əhəmiyyətli yer tutur. Nazir “SABAH” məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.

Mərasimdə rəmzi “SABAH” açarı III kurs tələbələrinə verilib.

Sonda “SABAH” qruplarının himni səsləndirilib. Tədbir bədii hissə ilə davam etdirilib.

“SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

2018-2019-cu tədris ilində 701 “SABAH” məzunu təhsilini başa vurur.
BAKU.WS
QALEREYA