SİZİN REKLAM BURADA!
055 213 76 73


"Zəngi" liseyinin 10-cu sinif şagirdi Röya Novruzova ABŞ-da böyük uğur qazanıb. 

BAKU.WS xəbər verir ki, həmyerlimiz 17-22 iyun tarixlərində ABŞ-ın Nyu-York ştatının Osveqo şəhərində Nyu-York Dövlət Universitetinin təşkilatçılığı ilə keçiriən 9-cu "Dahilərin Olimpiyadası"nda (Genius Olympiads) I yeri tutub. 

15 yaşlı Röya Novruzova olimpiyadada 76 ölkədən olan 789 iştirakçı arasından "Art Category" üzrə 1-ci yeri qazanıb və qızıl medalla təltif olunub. 

Qeyd edək ki, ötən gün də olimpiadada Azərbaycanı iki məktəbli təmsil edib - İbrahim Bağırov və Ələsgər Sadiqov. Bizim məktəblilərimiz "Təbii elmlər" kateqoriyasında iştirak edirdilər. Bu kateqoriya üzrə 420 layihə təqdim edilmişdi. Azərbaycan məktəblilərinin "EkoDizel- Nano emulsiyalaşdırılmış dizel" adlı hayihəsi münsiflər heyətindən maksimal balları aldı və qızıl medala layiq görüldü. 

Azərbaycan məktəbliləri İbrahim Bağırov və Ələsgər Sadiqov Azərbaycan Bayrağını yüksəldiblər.
BAKU.WS
VİDEO

QALEREYA