SİZİN REKLAM BURADA!
055 213 76 73


Feysbukda Azərbaycanın ən böyük təhsil səhifəsi olan “Azərbaycan Universitetləri” ilin ən yaxşı rektorunu müəyyənləşdirmək keçirdiyi sorğunun nəticəsini elan edib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla 45% səs toplayaraq “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” seçilib.

Məlumata görə, K.Abdulla təkcə rektoru olduğu univerietin deyil, digər univesitetlərin tələbələrinin də səsini toplaya bilib.

Qeyd edək ki, final səsverməsində K.Abdullanın rəqibləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Azərbaycan Tibb Universitinin rektoru Gəray Gəraybəyli olub.

Fərid ƏDALƏT
BAKU.WS