SİZİN REKLAM BURADA!
055 213 76 73


12 yaşı var, Amma nə oxuya, nə də yaza bilir. Bu qızcığaz hazırda 7-ci sinifdə oxumalı olduğu halda indiyədək məktəbə getməyib.

BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, Bakıda NZS adlanan qəsəbədə yaşayan Tövhənisə Əkbərovanın valideynləri bir müddət əvvəl boşanıblar. Elə bütün problemlər də bundan sonra başlayıb.

Uşağın atası Yengibar Kərimovun sözlərinə görə, daha sonra uşağını məktəbə qoymaq üçün nə qədər cəhd göstərsə də, bu cəhdləri boşa çıxıb. Çünki Tövhənisənin sənədləri qaydasında olmayıb və bu sənədlərdə ata adı ümumiyyətlə qeyd edilməyib. Ona görə də atanın sənədləri qaydaya salmaq cəhdləri uğursuz olub.

Balaca qızcığaz isə hər şeyə rəğmən oxumaq, təhsil almaq istəyir. Bunun üçün o, atasının maddi imkanının yaxşı olmamasını əsas gətirərək çıxış yolunu internat məktəbində qalmaqda görür.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılacaq və lazımi kömək göstəriləcək.
BAKU.WS
VİDEO