SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada 1 saylı orta məktəbin vəziyyəti qənaətbəxş deyil.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildiriblər.

Bildirilir ki, məktəbin tualeti bərbad vəziyyətdədir. Məktəbin şagirdləri buradan istifadə edə bilmirlər.

"Yüzlərlə şagird bu ayaqyoludan istifadə edir. Görəsən məktəbin direktoru və müəllimlər bu ayaqyoludan istifadə edirlərmi? Çox acınacaqlı mənzərədir", - deyə bildirilir.

Vurğulanıb ki, bununla bağlı məktəb rəhbərliyinə deyilsə də, nəticə olmayıb.

Məktəbin tualetindən çəkilən fotoları təqdim edirik.
BAKU.WS
QALEREYA