VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.
 
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən Trend-ə məlumat verilib.
 
Mərkəzdən bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.
 
Aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması halı ilə əlaqədar ilkin araşdırmanın nəticəsi də məlumdur və bu barədə növbəti həftənin birinci günü daha ətraflı məlumat veriləcək.
BAKU.WS