SİZİN REKLAM BURADA!
055 213 76 73



Təhsil Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə yer alan xəbərlərə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ONA-nın sorğusuna cavabında bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.

C. Valehov Təhsil Nazirliyi tərəfindən bununla bağlı məktəblərə hər hansı tapşırığın verilmədiyini də qeyd edib.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində 162 nömrəli məktəbin VIII sinif şagirdinin intiharından sonra Təhsil Nazirliyi tərəfindən bütün məktəblərə qeyri-rəsmi formada yuxarı mərtəbələrin pəncərələrinə dəmir barmaqlıqların quraşdırılması barədə tapşırıq verildiyi barədə məlumatlar yer alıb.

BAKU.WS