SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət İmtahan Mərkəzi (DİM) 7 aprel 2019-cu il tarixində Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, həmin gün ümumilikdə 27659 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.

BAKU.WS