SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev tələbəyə qarşı jesti ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

BAKU.WS  xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda E.Babayevin ad gününü qeyd edən tələbə qızı təbrik etdiyi anlar əks olunub.

Universitetin bufetində doğum gününü qeyd edən tələbəyə şokolad hədiyyə edən rektor onu alnından öpüb.

Bufetdə rektor-tələbə dialoqunun şahidi olan tələbələrdən biri yazıb ki, Elçin Babayev bufetdə doğum günü qeyd edilən masaya yaxınlaşaraq təbriklərini çatdırır və məmnuniyyətlə tələbələrlə birlikdə tort dadmaq istəyini bildirir.

Məlum olur ki, tort yoldadır. Rektor otağına qayıdır və ad gününü qeyd edən tələbə tortun bir hissəsini rektorluğa gətirir. Ondan sonra isə bu videodakı gözəl mənzərə yaranır.

Sözügedən görüntüləri təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS