VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən həftə hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar təhsil naziri Ceyhun Bayramovun əmrilə yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırıldı və bütün tədbirlər təxirə salındı.

BAKU.WS
-ə daxil olan məlumata görə, həmin günlərin pulu müəllimlərin əmək haqqından çıxarılacaq.

Artıq məsələ ilə bağlı bəzi təhsil ocaqlarında çalışan müəllimlər qeyri-rəsmi olaraq məlumatlandırılıb.

Maaşlarını az alacağından narahat olan təhsil işçiləri narazılıqlarını kimə müraciət edəcəklərini bilmirlər.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən açıqlamada, yayılan söz-söhbətin əsassız olduğu bildirildi:

"Mövcud əmək qanunvericiliyinə uyğun olaraq 17-18 yanvar tarixləri üzrə işçilərin əməkhaqqı ödəniləcək".

Zülfiyyə Qurbanova
BAKU.WS