SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il Bakıda orta məktəbi bitirən 44 məzun qızıl və gümüş medala layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 44 məzunu qızıl və gümüş medallarla təltif olunub.

XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər.

BAKU.WS