VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 194 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri onlara Yeni il şənliyi üçün biletlərin satılmasından narazılıq ediblər. Yeni il şənliyi üçün şagirdlərə biletlər paylanılıb.

BAKU.WS 
xəbər verir ki, məktəb rəhbərliyi Yeni il şənliyi üçün biletləri valideynlərin xahişi ilə sinif rəhbərlərinə paylayıb:


"Bu gün sinif rəhbərləri ilə iclas keçirilmiş, bütün biletlər geri götürülmüşdür. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. Həmçinin tədbirin tamamilə təxirə salınması üçün sinif rəhbərlərinə göstəriş verilib".


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə açıqlamada, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur:


"Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür".


BAKU.WS