SİZİN REKLAM BURADA!
055 213 76 73




"Dünəndən mətbuatda yayılır ki, artıq Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır. Bu belə deyil".

BAKU.WS
xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov Azərbaycan Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Qurumu (YÖK) arasında imzalanan və azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərə qəbulunda Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticələrinin əsas götürülməsi tələbi yer alan əməkdaşlıq protokoluna münasibət bildirərkən deyib.

 

O bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyənin YÖK (Yükseköğretim Kurumu) arasında imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınması tövsiyyə olunur.


1. Bu tövsiyyə xarakterli Türkiyə YÖK-ün öz universitetlərinə xəbərdarlığıdır.


2. Azərbaycanda attestat alan hər kəs onsuzda DİM-in buraxılış imtahanında iştirak edib attestat alır. Deməli dər kəsin bu DİM imtahan nəticəsi var. Eyni zamanda Türkiyəyə gedənlər burada yetərli bal toplaya bilməyənlərdir. Deməli onların qəbul imtahan nəticəsi də var. Sənəddə hər hansı bir keçid balı nəzərdə tutulmur. Deməli imtahanda iştirak, hətta 1 bal belə yetərlidir.


3. Türkiyədə ali məktəbə qəbul olmaq, bakalavr təhsili almaq üçün SAT və ya universitetlərin öz YÖS imtahanına girmək lazımdır. Magistr təhsili üçün isə ALES imtahanından keçməlisiz. Və bəzən Universitetlərdən asılı olaraq bu imtahan GRE və ya GMAT imtahanı ilədə əvəz oluna bilər. Magistr üçün tezsiz proqramlara ALES imtahanına ehtiyac qalmır.


Hər iki halda əgər ingilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 75 TOEFL nəticəniz də olmalıdır.


4. İki ölkə arasında imzalanmış sənəddə ali məktəblərə attestatla qəbula qadağa nəzərdə tutulmur. Əgər bu olsa Azərbaycan Respublikası Təhsil Nazirliyi öz təhsilinə, verdiyi sənədə inanmır deməkdir.


Zülfiyyə Qurbanova
BAKU.WS