SİZİN REKLAM BURADA!
055 213 76 73



Xaricdə təhsil övladınızın həyatında önəmli bir rol oynaya bilər və o səbəbdən, sizə bu işdə yardım edəcək şirkəti seçərkən çox diqqətli olmalısınız. Vision Academy olaraq, biz xaricdə təhsil sahəsində problemlərin yaşandığı hazırki dövrdə sizə - xalqımıza dəstək verməyi özümüzə mənəvi borc bilirik. Çünki məsuliyyətinizi və qayğınızı sizinlə bölüşürük. Çünki biz də valideynik!

Xaricdə təhsil kimi vacib bir qərarı verərkən sadaladığımız məsələlərə diqqət yetirin, xahiş edirik:

-Şirkətin tarixçəsinə baxın. Neçə ildir ki, fəaliyyət göstərir – bu, çox önəmlidir.

-Rəsmi qeydiyyatın vacibliyi son vaxtlar İtaliya və Türkiyədə soydaşlarımızın rastlaşdığı problemlər zamanı aydın oldu. Şirkətin qeydiyyatının olması onun dövlət qarşısında da məsuliyyətini göstərir.

-Şirkətin yerli və xarici tərəfdaşlarının olması. Xüsusən, xarici tərəfdaşlara diqqət edin, çünki xarici universitetlər və təhsil qurumları hər şirkətlə əməkdaşlıq etmir və tanımır.

-Məkan. Bəlkə, sizə qəribə gələ bilər, amma inanın, bu da, vacib faktordur. Şirkətin yerləşdiyi yer, ofis şəraiti sizə önəmli mesaj verir. Əgər şirkət zirzəmidə yerləşirsə, ofis şəraiti güvənlilik təəssüratı bağışlamırsa, inanın, belə şirkətin 1 günə yoxa çıxması heç təəccübləndirici deyil.

-Xaricə göndərilən tələbə sayı, ən vacib məsələlərdən biridir; həm uğur göstəricisidir, həm də etibar. Bunu müraciət etidiyniz şirkətdən hökmən soruşun.

-Əməkdaşlar. Bəli, əgər müraciət etdiyiniz şirkətin əməkdaşları savadlı, xaricdə təhsil almış və mədənidirlərsə, bir neçə dildə danışırlarsa, sizcə, belə insanlar sizə daha keyfiyyətli xidmət göstərməyəcəkmi?

-Xidmət üçün rəsmi müqavilələrin imzalanması. Ərtaflı müqavilədə siz şirkətin öhdəliklərinin nə olması, hansı hallarda pulunuzu geri istəyə biləcəyinizi görə bilərsiniz və sonunda, bu sizin haqlarınızı tələb etməyiniz üçün bir vasitə ola bilər.

-Veb sayt; sizə bu fikir banal görsənə bilər, amma bir veb sayt şirkətin həm prestijini, həm də məsuliyyətini və insanlara açıq olmasını göstərir. Bunu da şirkətə müraciət etməzdən əvvəl hökmən yoxlayın.

Sonda nə demək istərdim; mən də valideynəm. Sizin qayğılarınızı, həyəcan və narahatlığınızı tam mənada anlayıram və o səbəbdən, həyatınıza töhfə verəcək və az da olsa rahatlatacaq qatqımız olursa, çox sevinərəm.

Rövşən Bağırov
Vision Academy, Xaricdə Təhsil Ofisinin rəhbəri


Əlaqə və ünvan:

(012) 510 01 99
(050) 254 92 92


Zahid Xəlilov küç., 25 A. ( Elmlər m/s-nın çıxışı (BDU ilə üzbəüz))