SİZİN REKLAM BURADA!
055 213 76 73



Bildiyimiz kimi 2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək. DİM yeni modellə tanışlıq məqsədilə 2019-cu ildə keçiriləcək qəbul imtahanları modelində sınaq imtahanı keçirib. Bu yeni qaydada keçiriləcək imtahan modeli ilə ikinci sınaq imtahanı idi. Birincisi 2018-ci ilin may ayında keçirilmişdi.

Təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə müsahibəsində, sınaq imtahanı zamanı yeni imtahan modelində üzə çıxan çatışmazlıqlardan danışıb:


"2019-cu il yeni qəbul modeli olduqca mütərəqqi olsa da, çatışmazlıqların mövcuddur. Əsasən də test tapşırıqlarının tip və modelləri ilə bağlı. Belə ki, 2019-cu ildə tətbiq ediləcək yeni test modellərindən biri də (IX siniflər üçün buraxılış imtahanında 2 ildir istifadə olunur) situasiya tipli test tapşırığıdır.


28 oktyabrdakı sınaq imtahanında 6600 nəfər iştirak edib və DİM 13 2000 manat əldə edib. Sözüm qazanılan vəsaitdə deyil, tarix fənnindən təqdim edilmiş 58-59 və 60 saylı test tapşırığınadır. Guya bu situasiya tipli test tapşırığıdır.


Amma təqdim edilmiş test tapşırığından məlum olur ki, bu sualı tərtib edənin, onu təstiq edib sınaq imtahanına daxil edənin nə dövlət standartlarından xəbəri var, nə də situasiya tipli test tapşırığı modelindən anlayışı var.


Hörmətli test tərtibçisi situasiya tipli test tapşırığı əzbərçiliyi, faktları özündə əks etdirən test tapşırığı nümunəsi deyil. DİM özü bəyan edib ki, biz yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik.


Bu tipli test tapşırğının əsas ideyasını mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyən etmə, mətnin kontekstinə uyğun verilmiş situasiyanı izah etmə ilə müxtəlif həyati situasiyalara şəxsi fikrini və münasibətini ibldirməyi tələb edir.


Təhsilalanların bilik və bacarıqlarını yoxlamaq üçün təqdim edilən bu test tapşırğı yeni qaydalarla qiymətləndirilmədirsə, inanın ki, bu belə deyil.

2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyırsa, əmin edirəm ki, bu test tapşırığında hədəflənmiş məqsədə çatmaq mümkün deyil. Belə çıxır ki, yenə şagirdlər ancaq fakt əzbərləməlidirlər.


Təqdim olunmuş test tapşırığı situasiya suallarının tələblərinə cavab vermir. Hansısa kitabdan bir mətini götürüb, onun hansısa hissəsini çıxarıb bunu situasiya test tapşırığı kimi təqdim etmək olmaz. Belə çıxır ki, şagird 6-11-ci sinifdə (təkcə tarix fənni 12 kitabdır) bütün əlavə mətnləri əzbərləməlidir ki, ordan DİM-in test tərtibçisi hansısa mətni götürəcək, ordan rəqəm və sözləri çıxaracaq, mən həmən fikirləri söz bə söz yazacam?

Bu situasiya testidir?


Hörmətli test tərtibçisi, sən test tapşırığını tərtib edəndə qarşında kitab olur və oradan hansısa mətni götürüb guya situasiya tipli test tərtib edirsən. Amma onu şagird cavablayanda qarşısında kitab olmur ki, baxım görüm bu mətndə hansı söz, rəqəm buraxılıb. Özü də bu fikirlər populyar olmayan, işlənilməyən mətnlərdən salınır.


Situasiya tipli test tapşırığı o test tapşırığıdır ki, onu cavablayan vəziyətdən öz çıxış yollarını tarixi dövrü və şəraiti nəzərə alaraq təqdim edir, irəli sürür, nəticələr çıxarır, tarixi dövrlər arasında müqayisə aparır. Və imtahan iştirakçısının cavabı şəxsi fikri olur. Yoxsa kitabdakı mətni əzbərləyib olduğu kimi yazmaq situasiya deyil. Bəs siz ancaq kağız üzərində təfəkkür məktəbinə keçirsiz? Reallıqda isə hələ fakt əzbərləmək mərhələsində qalmışıq? Kimin yaddaşı güclüdür yenə də o yüksək bal toplayacaq?


Mən o tets tərtibçisinə özünün yazdığı kimi 30 test tapşırğı təqdim etsəm, heç 5-inə düzgün cavab yaza bilməz. Ayıbdır, vallah ayıbdır"!


Zülfiyyə Qurbanova
BAKU.WS