VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yerli mətbuatda Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə mindiyi ilə bağlı məlumatlar yayılıb.

Yazılanlara əsasən, universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə hündürdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla bağlı universitetin mətbuat xidmətinin rəhbəri Günay İmanova BAKU.WS-ə açıqlama verib.

O qeyd edib ki, hündürdaban ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər avtomatik olaraq dərs prosesini pozur. Bu mənada tələbələrə ciddi məlumat verilib.

"Məncə tələbələr buna etiraz etməməlidir. Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bunla bağlı tələbələrə məlumat verilibsə, deməli bu da tələbələrin xeyrinədir. Tələbə, müəllim hər zaman səliqəliliyi, nizam-intizamlılığı ilə seçilməlidir. Pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə onsuz da heç bir tələbə və ya müəllim dərsə gəlmir. Bu qayda illərdir universitetimizdə tətbiq olunur və istər tələbələrimiz, istərsə də universitetin əməkdaşları tərəfindən müsbət qarşılanır. Bu gün xarici universitetlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır.

Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin, tələbənin geyimi də, çalışdığı, oxuduğu ali təhsil müəssisəsinin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir. Belə olan halda, nə üçün verdiyimiz o mesajla peşəkar təsir bağışlanmamalıdır? Toyun, ziyafətin öz geyimi var, ali təhsil müəssisəsinin də öz geyimi.

Hər bir tələbə zövqünə uyğun geyim geyinməkdə sərbəstdir, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir.

Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən xarici universitetlərdə artıq uzun illərdir ki, tətbiq edilir. Bizim standartlar da tətbiq olunanda həmin təcrübələr öyrənilmişdir".

BAKU.WS