VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan universitetlərində oxuyub, Türkiyədə təhsilini davam etdirmək istəyən bəzi gənclərin diplomları tanınmır.

BAKU.WS 
azedu.az-a istinadən xəbər verir ki, xarici diplomların tanınması ilə bağlı Türkiyə Yüksək Öğretim Kurulunda (Türkiyə Ali Təhsil Şurası) xüsusi şöbə var.


Bildirək ki,xarici ölkələrdə təhsil alan Türkiyə vətəndaşları, yaxud Türkiyədə diplomundan istifadə etmək istəyən əcnəbi vətəndaşlar, əvvəlcə həmin şöbənin saytına müraciət edirlər.


Tələb olunan sənədləri təqdim edərək YÖK-ün aiddiyatı departamentindən uyğunluq kağızı alırlar. YÖK-ün aidiyyatı şöbəsi müraciət olunan vətəndaşın sənədləri ilə bağlı özlərinin qəbul etdiyi qərarın əsasını uyğun fakültəyə göndərir.


Bəs, hansı Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır?


Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu  açıqlaması zamanı bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət,Bakı Mühəndislik və Azərbaycan Müəllimlər İnstitutunun diplomları Türkiyədə tanınmır:


“Həmin universitetlərin bakalavr pilləsini bitirənlər Türkiyədə magistr təhsili ala bilmir. Türkiyə Yüksək Öğretim Kurulunun (Türkiyə Ali Təhsil Şurası) siyahısında bu universitetlər yer almır. Bundan başqa, bəzi ixtisaslarda kredit sayları Türkiyədəki standartlara cavab vermədiyi halda da diplomlar tanınmır. Burada əsas məsələ digər ölkələrdəki akademik saatların Türkiyədəki mövcud qaydalara uyğun gəlməsidir".


Bu haqda Global Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu da məlumat vermişdi:


“Azərbaycan Dövlət Tibb Universitetinin elə ixtisasları var ki, onları Türkiyə Ali Təhsil Şurası təsdiq etmir. Bu da akademik saatların, kredit sayının Türkiyə standartlarına cavab verməməsindən qaynaqlanır. Azərbaycan ali məktəblərindən Tibb Universiteti xaric olmaqla, akademik saatların və kreditlərin uyğun gəldiyi bütün diplomlar Türkiyə Cümhuriyyəti tərəfindən tanınır".


BAKU.WS