SİZİN REKLAM BURADA!
055 213 76 73



Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb.

Bakı Dövlət Universitetindən (BDU) BAKU.WS
-ə verilən məlumata görə, dünyanın 20 min top universitetini araşıdıran şirkət siyahıya yalnız 1000 top universiteti daxil edib.

2018-ci il sentyabr ayının nəticələrinə əsasən Azərbaycandan yalnız BDU reytinqdə 801+ yerdə qərarlaşıb. Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2019



Bununla yanaşı, BDU daha bir beynəlxalq reytinq cədvəlində yer tutub. Belə ki, "Round University Ranking" Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir. Bu reytinqdə universitetlər dörd istiqamətdə qruplaşdırılmış 20 indikator üzrə qiymətləndirilir: tədrisin keyfiyyəti (40% ), tədqiqatların keyfiyyəti (40%) beynəlmiləlləşdirmə (10%), maliyyə sabitliyi 10%).

http://roundranking.com/ranking/world-university-rankings.html#world-2018


Baku Dövlət Universiteti eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən "Webometrics"in 2018-ci il reytinq cədvəlinə də düşüb. BDU (3656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5817 və 6495 cil yerlərdə qərarlaşıblar.

http://www.webometrics.info/en/Europe/Azerbaijan



BAKU.WS