VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bilik Günü kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.

BAKU.WS
xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov “Bilik günü” və yeni dərs ili münasibətilə təhsil ictimaiyyətinə ünvanladığı təbrikində deyib.

Nazirin təbrikində bildirilir: "Əziz müəllimlər, şagirdlər və tələbələr, hörmətli valideynlər, hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edirəm. YUNESKO XXI əsri təhsil əsri adlandırıb. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı bilik vermək, bacarıqlar formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir".

C.Bayramovun təbrikində daha sonra qeyd edilir ki, bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir:

"Bilik Günü şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır. Əziz müəllimlər, şagirdlər və tələbələr! Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır. Elm, inkişaf, tərəqqi simvolu olan Bilik Gününüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!"

BAKU.WS