SİZİN REKLAM BURADA!
055 213 76 73



““Ümumi təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantı artıq hazırlanıb.  Qanun layihəsi işçi qrupunun üzvlərinə paylanılıb. “Ümumi təhsil haqqında” yeni qanun layihəsi oktyabr ayının ikinci yarısından sonra Milli Məclisin iclasında müzakirəyə təqdim olunacaq”.

BAKU.WS 
xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, yeni qanun layihəsində orta məktəblərin hüquqi imkanları və idarə olunması ilə bağlı müddəalar qeyd edilib.

“Həmçinin orta ümumi təhsil müəssisələrində özəl sektorun işinin tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb. Çünki özəl sektor artıq ümumi təhsil müəssisələrin sferasında var. Onların fəaliyyəti məktəbin özünün daxili əsasnaməsi ilə tənzimlənir. Amma belə olmamalıdır. Onların fəaliyyəti qanunla tənzimlənməlidir. Belə bir qanun isə indiyə kimi olmayıb”. 
 
İsa Həbibbəyli deyib ki, Azərbaycanda orta ümumi təhsil məktəblərinin statusunun formalaşmış sistemi var: “Sadəcə olaraq onların funksiyaları, fəaliyyət sferası, hüquqları, vəzifələri yeni qanun layihəsində öz əksini tapacaq. Hətta qanun layihəsinə “müasir məktəb” anlayışı da əlavə ediləcək”.

BAKU.WS