IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb və təhsil haqları qaldırılıb.

BAKU.WS
xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, Tibb Universitetində 4 ixtisas üzrə təhsil almaq istəyənlər əvvəlki illərlə müqayisədə 1000 manat artıq pul ödəyəcəklər:

1.Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsil haqqı 4500 azn (2017 də 3000 azn idi).

2.Stomotologiya: 15 yer (217-də 85 yer idi), 70 yer azalıb. Təhsil haqqı 4000 azn (2017-də 3000 azn idi).

3.Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb.Təhsil haqqı 4000 azn (2017-də 3000 azn idi).

4.Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb.Təhsil haqqı 4000 azn (2017-də 3000 azn idi).


K.Əsədov ali təhsil məktəblərində baş verən digər yeniliklərdən də söz açıb: "ADA universitetində Hüquqşünaslıq ixtisası açıldı. 40 plan yeri ayrılmış ixtisasın təhsil haqqı 6500 manat. Yarandığı gündən ödənişsiz ali təhsil verən Bakı Ali Neft Məktəbi bu ildən etibarən həm də ödənişli əsaslarla da təhsil verəcək. Amma onları ödənişli əsaslarla seçmək istəyənlər üçün 500 bal keçid balı tətbiq edilib. Təhsil haqqı da 4500 manatdır".

Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə yeni - "Bitki mühafizəsi" və "Bağcılıq və tərəvəzçilik" ixtisaslarının yarandığını bildirib.

Zülfiyyə Qurbanova
BAKU.WS