VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son dörd tədris ili üzrə ali təhsil müəssisələrinin tələbə qəbulunun kəmiyyət göstəriciləri açıqlanıb.

BAKU.WS
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib. Açıqlanıb ki, 2014-2015-ci tədris ilində 84 878, 2015-2016-cı tədris ilində 88 366, 2016-2017-ci tədris ilində 87 730, 2017-2018-ci tədris ilində 84 836 nəfər tam orta məktəbi bitirib. Keçən ilə nisbətən bu il tam orta məktəbi bitirənlərin sayı 2 894 nəfər azalıb.

2014-2015-ci tədris ilində 97 362, 2015-2016-cı tədris ilində 93 116, 2016-2017-ci tədris ilində 89 444, 2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəbə ərizə verib. Ərizə verənlərin sayında ötən illər ərzində mütəmadi olaraq azalma baş verib. 2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ili ilə müqayisədə ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə (23 588) azalma var.

BAKU.WS