SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qanunu bilməmək və ya anlamamaq o demək deyil ki, siz o qanunu poza bilərsiniz”.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, valideynlərə və abituriyentlərə məsləhət görüb ki, qəbul qaydaları ilə tanış olsunlar: “Dövlət İmtahan Mərkəzinin saytında, "Abituriyent" jurnalında, "Yaddaş kitabçası"nda çox sadə dillə hər şey yazılıb. Oradakı öhdəlikləri abituriyentlər öz üzərinə götürürsə, ona imtahanda normal şərait olacaq və imtahan nəticələri qısa müddətdə yoxlanılıb təqdim olunacaq”.

Məleykə Abbaszadənin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi maarifləndirmə işinə kifayət qədər vaxt sərf edir: "Təəssüf ki, sonra bir o qədər vaxt da imtahanlarda aşkarlanan qanun pozuntularına sərf edilir. Halbuki bu belə olmamalıdır”.

Sədr qeyd edib ki, IX sinif buraxılış imthanlarında 100 mindən çox şəxs imtahan vermişdi, amma onların 50 faizi nəticələrinin qrafik təsvirinə baxıb: “Qrafik təsvirə baxmaq bütün imtahanlarda, xüsusən də buraxılış imtahanlarında çox vacibdir. Valideynlər özləri də o təsvirlərə baxmalıdırlar, onlar uşaqların imtahana nə qədər hazır olduğunu bu qrafiklərə baxaraq müəyyən edə bilərlər”.

BAKU.WS