Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.

BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.

Məktəbəqədər təhsil alanlar üçün sonuncu dərs günü martın 15-i, şagirdlər üçün isə sonuncu dərs günü martın 19-dur.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

BAKU.WS