SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət İmtahan Mərkəzi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin fəaliyyəti dayandırılacaq.

DİM-dən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 7-dən 12-dək tətbiq ediləcək məhdudiyyətin səbəbi xidmətin keyfiyyətinin artırılmasıdır.
Mərkəzin informasiya texnologiyaları infrastrukturunda zəruri işlərin həyata keçiriləcək. Yeni veb serverlərin quraşdırılıb və işə salınacaq, hazırda istifadədə olan veb və məlumat bazaları serverlərinin proqram təminatının yeni versiyalı təminatla əvəz ediləcək. Təhlükəsizliyi təmin edən, məlumat bazaları və proqram layihələri ilə işi asanlaşdıran proqram vasitələrinin quraşdırılacaq.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

BAKU.WS