SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının məşhur məktəblərindən biri olan 20 nömrəli məktəb-liseyə yeni direktor təyin olunub.

BAKU.WS-in “Qafqazinfo”ya istinadla məlumatına görə, məktəbin direktoru Yaqut Məmmədova vəzifəsindən çıxarılıb.

Onu əməkdar müəllim Səadət Veysova əvəzləyib.

Qeyd edək ki, prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva dərs ilinin ilk günündə 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak etmişdi.

BAKU.WS