Gələn il ali məktəblərə qəbul imtahanında abituriyentlərə iki fərqli qrup üzrə imtahanda iştirak etmək şansı veriləcək. Yəni onlar istəsələr qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verə bilərlər. Təhsil ekspertləri bildirirlər ki, abituriyentlər qrupu dəyişərkən diqqətli olmalıdırlar. Çünki, yanlış seçim onları müsabiqədə uğursuzluğa düçar edə bilər.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu il abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi. Gələn il isə hər abituriyentə iki fərqli qrup üzrə də imtahan vermək şansı veriləcək. Onlar istəsələr qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər. Təhsil ekspertləri bildirirlər ki, qruplarda bəzi fənlər ortaqdır. Ancaq abituriyentlər ikinci imtahanda tərkibindəki fənlərin ortaq olması cəhətdən yaxın qrupları seçsələr, yüksək nəticə əldə etmək şansları da daha çox olar.

Təhsil eksperti Rəsul Ağayev deyir ki, abituriyent ikinci imtahanı ilin əvvəllindən müəyyənləşdirməli və həmin fənlərə də elə o vaxtdan hazırlaşmağa başlamalıdır.

Ekspert X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsini də müsbət hal kimi dəyərləndirib.

Ekspert abituriyentlərə məsləhət görürü ki, tədris dövründə təkcə ixtisas qruplarındakı yox, bütün fənlərə yüksək səviyyədə hazırlaşsınlar.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ