SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda bir müəllimə 50 qəpiyə fransız dili öyrədir.

Aysel Novruz adlı fransız dili müəlliməsi maraqlı təşəbbüslə çıxış edib. 32 yaşlı qadın, “Facebook” sosial şəbəkəsindəki izləyicilərinə fransız dili öyrətmək qərarına gəlib. O, virtual dostlarına öz minnətdarlığını bildirmək üçün belə bir addım atdığını deyir.

Təhsilini Fransada alan qadın, ona köməklik edənlərlə yanaşı, 15 mindən çox izləyicisinə də 50 qəpiyə dil öyrətmək qərarına gəlib. Xidmət qarşılığında alacağı qəpiyi isə simvolik olaraq seçib.

Aysel Novruz, dərslərin adi günlərdə olduğu kimi, həftədə 2 gün olacağını deyir.
Dərs saatının isə digərlərindən fərqlənməyəcəyini söyləyir.

Qeyd edək ki, adambaşına 50 qəpiyə yalnız 1 ay ərzində fransızca öyrənmək mümkündür. 10 ildən çox Fransada yaşayan qadın, “Facebook” dostlarına sonradan da qiymət baxımından güzəşt ediləcəyini deyir.(Xezerxeber.az)

BAKU.WS