SİZİN REKLAM BURADA!
055 213 76 73



Şamaxı rayon Qızmeydan kənd tam orta məktəbində təhsil alan şagirdlərə ingilis dili fənni tədris edilmir.

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, bu problem tədris ili başlayandan bu günədək öz həllini tapmayıb. Ötən ilə qədər məktəbdə bu fənn tədris olunsa da müəllim çatışmazlığı dərslərin əvəzlənməsinə səbəb olur. Valideynlər isə bundan narahatdır.

Məkəbin direktoru Nəsimi İsmayılov isə bildirib ki, problemlə bağlı Təhsil Nazirliyinə müraciət olunub.

Sözügedən fənn üzrə vakant yer həm də nazriliyin müvafiq saytında elan edlib.

BAKU.WS