VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirib.

DİM-dən BAKU.WS-ə verilən xəbərə görə, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanlarda iştirak etmək üçün IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagird sənəd verib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.

Sentyabrın 17-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

BAKU.WS