SİZİN REKLAM BURADA!
055 213 76 73



Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlər üçün əlavə yerləşdirmə keçirəcək.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələyə 7 sentyabrdan start veriləcək.

Müraciət edənlərin seçimləri sentybarın 7-8-də aparılacaq. Sonrakı bir neçə gün ərzində nəticələr elan ediləcək.

Qeyd edək ki, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib.

Müsabiqənin müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib.

Ümumilikdə bu il 4 minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.

Trend
BAKU.WS