SİZİN REKLAM BURADA!
055 213 76 73



Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.


Belə ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-dək uzadılıb.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar avqustun 28-i saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

BAKU.WS