SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hazırda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkililə bağlı normativ sənədlər təsdiq üçün hazırlanıb. Sənədlər təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən hazırlıq qruplarının dinləyicilərinin seçimi məsələsinə aydınlıq gətirilib: "Hazırlıq qruplarına dinləyicilər, cari ildə tələbə qəbulu imtahanlarında iştirak edib, ali təhsil müəssisələrinə daxil olmayan abituriyentlər sırasından, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqə yolu ilə qəbul olunacaq”.

Qeyd edək ki, "Təhsil haqqında” Qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq kursları yaradılacaq. Ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində bu ödənişli hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.
 
BAKU.WS