SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət İqtisad Universiteti keçid ballarındakı yanlışlıqla bağlı məlumat yayıb.

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib. Jurnalda UNEC-lə bağlı yanlışlığa yol verilib:

Biznesin idarəedilməsi, tədris türk dilində, əyani, 600 (600) bal;
 
Biznesin idarəedilməsi, tədris ingilis dilində, əyani, 318 (580) bal.
 
Ali təhsil müəssisələrinə ixtisas seçiminin başladığı mərhələdə abituriyentlərin diqqətinə çatdırmaq istəyirik ki, ötən il biznesin idarəedilməsi ixtisasına ingilis dilində tədris üçün keçid balı 600, türk dilində tədris üçün isə 318 (580) olub.
 
BAKU.WS